mobil versiya

"BakuBus”un yığılmış vergi borcu 2 milyon manatı ötüb



"BakuBus” MMC-nin yığılmış vergi borcu 2 milyon manatı ötüb.

Borclar üzrə elektron xidmətin məlumatına görə, “BakuBus” MMC-nin bu il yanvar ayının 15-nə olan yığılmış vergi borcu 2 milyon 87,216 min manat təşkil edir.
Qeyd edək ki, nizamnamə kapitalı 3 milyon manat olan dövlət şirkətinin qanunu təmsilçisi Elnur Maqsud oğlu Qarayevdir. Şirkətin maliyyə hesabatları rəsmi elektron səhifəsində açıqlanmadığı üçün vergi borcunun nədən qaynaqlandığı məlum deyil.(APA)

KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-01-2023, 16:25