mobil versiya

İlham Əliyev:"Üçtərəfli formatın bəhrəsini görürük"



Bizim üçtərəfli əməkdaşlığımızın bir neçə formatı var – xarici işlər nazirləri, müdafiə nazirləri və iqtisadiyyat nazirləri arasında. Liderlərin də zirvə görüşləri baş tutub. Biz artıq bunun bəhrəsini görürük.

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında deyib.
“Biz aydın görməyə başlamışıq ki, burada balansa ehtiyac var, – biz, əlbəttə, enerji layihələrindən başladıq, – istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans. Biz hamı üçün uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı təmin edildi”, deyə dövlət başçısı qeyd edib.



KARUSEL / SİYASƏT
Tarix: 19-01-2023, 20:29