Nazirliyin satışa çıxardığı 1662 mənzildən 1106-sı bron edilib

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, onlayn satışa başlandıqdan 24 saniyə sonra ilk mənzil bron edilib.
Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.
Qeyd edək ki, şəxs mənzili bron etdikdən sonra nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq;
Vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq;
Alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək.
Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.
Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər.
Qeyd edək ki, mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək.
KARUSEL / SOSİAL
Tarix: 23-01-2023, 19:24