mobil versiya

“Kinokonsert” multimedia şousu keçiriləcək




Orta və yaşlı nəslin nümayəndələri gənclik illərini və yaşadıqları həyati anları xoş xatirələr kimi yada salıb, zamana sinə gələrək yenidən yaşamaq istəyirsə, o zaman mütləq “Avanqard” Kamera Orkestrinin təqdimatında iştirak edə bilərlər.

Belə ki, Avanqard” Kamera Orkestrinin təqdimatında Azərbaycanfilm kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjeman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousunu təqdim edəcək.

Biletləri "iticket.az"dan əldə etmək olar. Kinokonsert” multimedia şousu 24.02.2023-cü il ,saat 20:00-da Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq. 
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 24-01-2023, 18:04