mobil versiya

Dünya birjalarında neftin qiyməti ucuzlaşır



Dünya birjalarında neftin qiyməti ticarət məlumatlarına görə ucuzlaşır.
İnvestorlar ABŞ-da ehtiyatlar və xammal istehsalı ilə bağlı həftəlik statistikanı, həmçinin Federal Ehtiyatlar Sisteminin (FED) iclasının nəticələrini qiymətləndirirlər.
Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,82% ucuzlaşaraq bir bareli 76,06 dollar, WTI markalı neftin may fyuçerslərinin qiyməti 1,03% azalaraq 70,17 dollar olub.
Ötən gün ABŞ Energetika Nazirliyi bəyan edib ki, ölkədə kommersiya ehtiyatları həftə ərzində gözlənilmədən 1,1 milyon barel və ya 0,2% artaraq 481,2 milyon barrelə çatıb. Analitiklər isə əksinə ehtiyatların 1,6 milyon barrel azalacağını proqnozlaşdırmışdılar. Neft hasilatı da eyni zamanda sutkada 100 min barel artaraq 12,3 milyon barelə çatıb.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 23-03-2023, 11:23