mobil versiya

Rza Pəhləvi Yerusəlim məbədinin divarı qarşısında dua edib



İsraildə səfərdə olan İran şahının oğlu Rza Pəhləvi və həyat yoldaşı Qüds Məbədinin divarını ziyarət edib. 
Bu barədə Rza Pəhləvi paylaşım edib.

R.Pəhləvi yazıb ki, iki min əlli il əvvəl Böyük Kir yəhudiləri azad etdi və Qüdsdəki Məbədlərini yenidən qurmağa kömək etdi.: “Nadbe divarını dərin hörmətlə ziyarət etdim. Dua etdim ki, gün gəlsin İran və İsrail tarixi dostluqlarını bərpa etsinlər”.

Qüdsdə yerləşən qədim yəhudi məbədi divarının qalıqları  yəhudilər üçün müqəddəs hesab edilir.
Yəhudilər bu divarın Süleyman peyğəmbərin Qüdsdə tikdirdiyi Beyt-ül-Makdisdən qaldığına inanır və müqəddəs olaraq qəbul edirlər.

KARUSEL / DÜNYA
Tarix: 18-04-2023, 17:23