“Kiyev may ayında əks-hücuma keçməyi planlaşdırır”- “The New York Times”
“Kiyev may ayında başlamağı planlaşdırdığı əks-hücum üçün 12 briqada hazırlayır”.
Bunu “The New York Times” Pentaqonun sızdırılmış sənədlərinə istinadən yazıb.
Bu məlumatlara görə, hər biri dörd minə yaxın əsgərdən ibarət briqadalar aprelin sonuna qədər hazır olacaq.
Nəşr qeyd edir ki, NATO 9 briqadaya təlim keçir, lakin Ukrayna öz əməliyyat planının təfərrüatlarını ABŞ-la çox az bölüşür. Eyni zamanda, əməliyyatın cənub istiqamətində, o cümlədən Azov dənizi yaxınlığında baş verməsi ehtimalı var.
Bu arada, ABŞ rəsmiləri hücumun müsbət nəticəsinə inanmırlar, çünki Artemovskdakı vəziyyət Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlarını tükəndirib və vəziyyət “dalana” dirənib.
“The New York Times” bundan əvvəl yazmışdı ki, Ukraynanın hücumu qeyri-mümkündür, çünki Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi radio operatorlarının uğurlu işi sayəsində bölmələr arasında uğurlu koordinasiya qura bilmir.
Ukrayna mediası prezident Vladimir Zelenskinin əks-hücumun kuratorluğu üçün namizədlər seçdiyini, ordunun hücum briqadalarının silahlanması və təchiz edilməsinə cavabdeh olan 10 nəfəri təyin etdiyini yazıb.
KARUSEL / DÜNYA
Tarix: 25-04-2023, 12:59