mobil versiya

Nazir: Ruslar da əks-hücuma keçə bilər!




Rusiya Ukrayna Silahlı Qüvvələrinin uğurundan sonra oxşar əks-hücum keçirməyə cəhd edə bilərlər.
Musavat.com Axar.az-a istinadla xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
"Kiyev üçün azad edilmiş ərazilərin təhlükəsizliyini təmin etmək vacibdir. Ordumuzun əks-hücumu gözləniləndən daha yaxşı oldu. Buna görə də Moskva oxşar hücumu həyata keçirməyə cəhd edə bilər. Əks-hücumla ərazini azad edə bilərsiniz, amma bundan sonra siz ona nəzarət etməli və onu müdafiə etməyə hazır olmalısınız", - o bildirib.

GÜNDƏM / SİYASƏT
Tarix: 12-09-2022, 10:15