mobil versiya

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür


Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür. Bu gün Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2000-ci ildə təsis edilib.
Builki Beynəlxalq Əqli Mülkiyyət Günü “Qadınlar və əqli mülkiyyət: İnnovasiya və yaradıcılığın sürətləndirilməsi” mövzusuna həsr edilib. Bu mövzu dünya ictimaiyyətinin diqqətini qadın ixtiraçıların, yaradıcıların və sahibkarların fəaliyyətinə yönəldir.
Qadınlar dünya əhalisinin təqribən yarısını (49,58 faiz) təşkil edir. Bu, özlüyündə istifadə olunmamış istedadlar ehtiyatı deməkdir. Qadınlar dünyanı öz təxəyyülləri, ixtiraları və gərgin zəhmətləri sayəsində formalaşdırsalar da, inkişaf etmək üçün lazım olan bilik, bacarıq, resurs və dəstək qazanmaqda tez-tez ciddi çətinliklərlə qarşılaşırlar. Əqli mülkiyyət sistemindən faydalanan qadınların sayı çox azdır. 2023-cü ilin mart ayında dərc edilmiş ÜƏMT statistikasına görə, 2022-ci ildə beynəlxalq patent müraciətlərində ixtiraçıların yalnız 16,2 faizi qadınlar olub. Onların sayı artsa da, irəliləyiş zəif sürətlə gedir. İqtisadi dayanıqlığın yaradılmasının əsas prioritet olduğu indiki vaxtda innovasiyaları, yaradıcılığı və biznes artımını sürətləndirmək üçün qadınları ƏM sistemi ilə əlaqələndirmək həmişəkindən daha vacibdir. Bu, həm də iqtisadi məna daşıyır.

KARUSEL / CƏMİYYƏT
Tarix: 26-04-2023, 09:30