mobil versiya

Ralli üzrə keçmiş pilot Bakıya gəlir



Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammed Əhməd bin Sulayem Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində aprelin 27-dən 30-dək Bakıda səfərdə olacaq.
FIA prezidenti Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərovla görüşəcək, eyni zamanda yarış ərəfəsində Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi treklə tanış olacaq, Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırma mərasimində iştirak edəcək.
Mohammed Əhməd bin Sulayemin Bakıdakı görüşlərində Azərbaycanda avtomobil idmanı sahəsindəki fəaliyyət, ölkəmizdə yol hərəkəti təhlükəsizliyi üzrə görülən işlər, o cümlədən 2023-cü il dekabrın 4-8-də Bakının ilk dəfə ev sahibliyi edəcəyi FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) hazırlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, FIA Baş Assambleyasının iclası və mükafatlandırma mərasimi zamanı dünyanın müxtəlif ölkələrindən avtomobil təşkilatları, avtomobil idmanının görkəmli simaları ilin sonunda Bakıda bir araya gələcəklər.

KARUSEL / İDMAN
Tarix: 27-04-2023, 11:39