mobil versiya

Sudanda üçgünlük atəşkəs rejimi bu gün sona çatır



Sudanda bu gün başa çatacaq üçgünlük atəşkəs rejimi fonunda döyüşlərin intensivliyi azalıb. Buna baxmayaraq, paytaxt Xartumdakı televiziya mərkəzi yaxınlığında toqquşmalar davam edir.
"Reuters" xəbər verir ki, ordu generalı Əbdül-Fəttah əl-Burhan atəşkəs rejiminin daha üç gün uzadılması barədə Afrika Regional Birliyinin təklifini təsdiqləyib. Planda, həmçinin Cənubi Sudanın paytaxtı Cuba şəhərində nizami ordunun və xüsusi təyinatlı qüvvələrin nümayəndələri arasında danışıqlar nəzərdə tutulub.
Hazırda xarici ölkələr, o cümlədən Azərbaycan öz vətəndaşlarının Sudandan təxliyəsini davam etdirir. XİN-in məlumatına görə, Sudandakı 26 azərbaycanlının Türkiyənin dəstəyi ilə üçüncü ölkə vasitəsilə təxliyəsi həyata keçirilməkdədir.
Ümumdünya Səhiyyə Təşkilatı Xartum şəhərində tibb müəssisələrinin yalnız 16 faizinin fəaliyyət göstərdiyini bildirib. ÜST döyüşər nəticəsində həlak olanlardan əlavə, epidemiya, aclıq və susuzluq, həmçinin tibbi xidmətlərin işinin pozulması səbəbindən ölənlərin sayının artacağına dair xəbərdarlıq edib.

KARUSEL / DÜNYA
Tarix: 27-04-2023, 15:43