mobil versiya

Qarabağda bərpa işlərinə 6,6 mlrd. dollar xərclənib



Biz AİB-in kritik maliyyə boşluqlarının aradan qaldırılmasında və davam edən şoklara cavab verməkdə inkişaf etməkdə olan üzv ölkələrə dəstək verən sürətli ödəniş alətləri üzrə artan öhdəliklərini müsbət qiymətləndiririk.
Bunu maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 56-cı İllik Toplantısında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Ukraynadakı müharibə, artan inflyasiya, davam edən ərzaq böhranı və tədarük zəncirindəki daralmanın inkişaf etməkdə olan üzv ölkələrə böyük təzyiq göstərdiyinə diqqət çəkərək, bunlara paralel olaraq yaşıl keçid və iqlim dəyişikliyi kimi qlobal və uzunmüddətli problemlərin həllinə daha çox ehtiyac olduğunu vurğulayıb və bütün bunların daha sıx əməkdaşlıq şəraitində AİB kimi çoxtərəfli inkişaf institutlarının fəal iştirakını zəruri etdiyini deyib.
Maliyyə naziri öz çıxışında Azərbaycanın 30 ildən artıq işğal altında olan və 2020-ci ildə işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərindən də bəhs edib. Bildirib ki, Azərbaycan hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparılmasını və məcburi köçkün və qaçqınların öz doğma kəndlərinə, qəsəbələrinə və şəhərlərinə geri qaytarılmasını nəzərdə tutan “Böyük Qayıdış” proqramına start verib.
İşğal zamanı bütün fiziki və sosial infrastrukturun tamamilə dağıdıldığını qeyd edən S.Şərifov yenidənqurma tədbirlərindən əvvəl çoxlu sayda mina təmizləmə işlərinin həyata keçirilməli olduğunu bildirib. Son 3 ildə Azərbaycanın yenidənqurma və bərpa işlərinə 6,6 milyard dollardan çox vəsait sərf etdiyini qeyd edən nazir regionun strateji coğrafi mövqeyinə görə böyük iqtisadi potensiala malik olduğunu diqqətə çatdırıb.



KARUSEL / İQTİSADİYYAT
Tarix: 4-05-2023, 17:35