mobil versiya

Bu marşrut kart sisteminə keçir



Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə (“Neftçilər” metro stansiyası – Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.
İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.
Bununla bağlı əvvəlcədən məlumat veriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 8-05-2023, 09:07