Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri Dövlət Dəniz Akademiyasında olub
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) Latviyanın Liepaya Dəniz Kollecinin nümayəndələri ilə görüş keçirilib.
ASCO-nun verdiyi məlumata görə, görüş zamanı təhsil müəssisələri arasında 2021-2027-ci illəri əhatə edən ERASMUS+ proqramının icrasının gedişatı ətrafında fikir mübadiləsi aparılıb.
Bundan başqa, qonaqlara ADDA-da tədris olunan ixtisaslar barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada dənizçilik ixtisasları üzrə təhsilin bütün pillələrində müasir standartlara cavab verən tədris prosesi qurulub. Yüksəkixtisaslı dənizçi mütəxəssislər hazırlamaq üçün akademiya özünün maddi-texniki potensialını daim modernləşdirir, auditoriya, laboratoriyalarını ən müasir texniki-təlim vasitələri ilə zənginləşdirir.
Səfər çərçivəsində Kollecin mütəxəssisləri ADDA-nın maddi-texniki bazası ilə yanaşı, tələbələrin ixtiyarına verilmiş “General Əsədov” tədris gəmisi ilə də yaxından tanış olublar.(Azərtac)
KARUSEL / İQTİSADİYYAT

Tarix: 24-05-2023, 16:14