Azərbaycanda vəzifəli şəxs vəfat etdi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin (ASCO) departament rəisi vəfat edib.
REPORTYOR.AZ-ın məlumatına görə, ASCO-nun Layihələrin idarə edilməsi departamentinin rəisi Kərim Sultanov ölüb.
O, 1977-ci il iyulun 29-da Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin Dilşünaslıq/tərcüməçi-referent (ingilis dili) ixtisasını bitirib.
Kərim Sultanov əmək fəaliyyətinə 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Tibb Kitabxanasında tərcüməçi kimi başlayıb. Daha sonralar müxtəlif illərdə Azərbaycan Futbol Assosiasiyası, “Aİ crane” LTD, “Xəzərdənizneftqaztikini” tresti, “SOPS” MMC, “Makdermott Kaspian Kontraktors”da çalışıb.
2014-cü ildən ASCO sıralarına qoşulan Kərim Sultanova müxtəlif məsuliyyətli vəzifələr həvalə edilib. Göstərdiyi yüksək peşəkarlıq və işgüzarlığı ilə hər zaman etimadı doğruldub.
O, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb.
SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-03-2020, 12:50