mobil versiya

Suriyada 200 mindən çox ev tikiləcək – Süleyman Soylu



Türkiyədəki 1 milyon suriyalı qaçqının geri qayıtması üçün Suriyanın şimalında 240 min ev tikiləcək. 
"TurkicWorld" xəbər verir ki, bu haqda Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.
“Türkiyədən Suriyaya 1 milyon adam qayıdacaq. Könüllü qayıtmaq üçün isə 12 vilayətdə əlaqə büroları yaradılıb” – deyə Soylu bildirib.
Qeyd edək ki, qaçqınlar Suriyanın şimalında Türkiyə Silahlı Qüvvələrinin sərhədyanı əməliyyatlarla təhlükəsiz vəziyyətə gətirdiyi bölgələrə qayıtmağa davam edir.
İndiyə qədər Türkiyədən öz ölkəsinə 554 min suriyalı geri dönüb.


KARUSEL / DÜNYA
Tarix: 25-05-2023, 09:09