mobil versiya

Ukrayna İrana 50 illik sanksiya hazırlayır



Ukrayna prezidenti Vladimir Zelenski Ali Radaya İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqinə dair qətnamə layihəsi təqdim edib.
Sənədə əsasən, sanksiyalara digər məsələlərlə yanaşı, ticarət əməliyyatlarına tam qadağa qoyulması, resursların tranzitinin dayandırılması və Ukrayna ərazisində İran sakinlərinin kapitalının bloklanması daxildir.
Sanksiyaların tətbiqinə səbəb Tehranın Moskvaya hərbi yardımıdır.
Kiyev Tehranı Rusiyanı silahlarla, xüsusən də “Şahed” dronları ilə təchiz etməkdə ittiham edir. İran isə iddia edir ki, Rusiyaya az sayda pilotsuz təyyarələr verib, lakin bunu müharibə başlamazdan əvvəl edib.
Zelenski iranlıları Rusiyaya dəstəyi dayandırmağa çağırıb, çünki bunun ölkənin daha da təcrid olunmasına gətirib çıxaracağını deyib.
İran Xarici İşlər Nazirliyi Ukrayna prezidentinin bu bəyanatının təbliğat xarakterli olduğunu və Qərb ölkələrindən maliyyə yardımı və silah cəlb etmək məqsədi daşıdığını bildirib.

KARUSEL / DÜNYA
Tarix: 29-05-2023, 12:11