mobil versiya

Xorvatiya “Qolodomor”u Ukrayna xalqının soyqırımı kimi tanıyıb



Xorvatiya “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb.
APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.
Bu gün Xorvatiya 1932-1933-cü illərdə baş vermiş “Qolodomor”u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyıb. Bu tarixi səsvermə ilə milyonlarla qurbanın xatirəsini yad etdiyinə görə, Xorvatiya parlamentinə minnətdaram".
Ukrayna XİN rəhbəri əlavə edib ki, "Qolodomor"u Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıyanların sayı qlobal səviyyədə artır.
KARUSEL / DÜNYA
Tarix: 28-06-2023, 13:45