mobil versiya

Meksikada kəskin istilərdən 112 insan ölüb



Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb.
Ölkə mətbuatda yer alan xəbərlərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord istilər daha çox insan tələfatı ilə nəticələnib.
Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib.
Milli Meteorologiya Xidmət ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib. 
KARUSEL / DÜNYA
Tarix: 30-06-2023, 09:05