mobil versiya

28 şəxs rüşvət alarkən yaxalanıb - Baş prokuror



Bu ilin ilk 6 ayında korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb.
Bunu bu gün Baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu ilin birinci yarımili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən 85 cinayət işi başlanılıb, keçirilmiş 19 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 28 şəxs cinayət başında yaxalanıb, habelə 18 nəfər axtarışda olan şəxs saxlanılıb.
Həmçinin, bildirilib ki, birinci yarımil ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərən “161 Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 2700 müraciətdən 43-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-07-2023, 12:47