Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib
Fövqəladə Hallar Nazirliyi yanında Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinə 2023-cü ilin ilk 6 ayı ərzində radioloji-gigiyenik pasport və xüsusi icazələrlə bağlı 132 müraciət daxil olub.
Bunu bu gün Dövlət Agentliyinin rəisi Nicat Əliyev qurumun bu ilin 6 ayı ərzində gördüyü işlərə dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, müraciətlərin 46 faizi müsbət qiymətləndirilib, 54 faizi isə təmin olunmayıb: "Tibb müəssisələri tərəfindən xüsusi icazələr üçün 96 müraciətdən 40 faizinə müsbət cavab verilib və xüsusi icazə verilib, 60 faizi təmin edilməyib. Sənaye müəssisələri tərəfindən xüsusi icazələrin verilməsi ilə bağlı 18 müraciətdən 83 faizinə müsbət cavab verilib”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 26-07-2023, 11:07