Hindistan Səfirliyi 2023-cü il “ITEC Günü”nü qeyd edib

Hindistanın Bakıdakı Səfirliyi 2023-cü il “Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (ITEC) Günü”nü qeyd etmək üçün 14 sentyabr tarixində xüsusi tədbir təşkil edib. Tədbirdə mötəbər qonaqlar, o cümlədən “ITEC” məzunları, Azərbaycanın dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.
Hindistanın Azərbaycandakı Səfiri Sridharan Madhusudhanan mərasimin baş qonağı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevi, rəsmi şəxsləri, “ITEC” məzunlarını və digər hörmətli qonaqları salamlayaraq təbirə start verib.
Səfir “ITEC”in beynəlxalq potensialın yaradılmasında mühüm rolunu vurğulayıb. O, “ITEC” proqramının 1964-cü ildə qurulduğu gündən bəri 160-dan çox ölkədən gəlmiş 200 mindən çox mütəxəssisi hazırladığını diqqətə çatdırıb.

Öz növbəsində “ITEC” məzunları Hindistanda keçdikləri təlim proqramları ilə bağlı təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Onların təcrübəsi əldə edilmiş bacarıqların səmərəli istifadə olunduğunun sübutudur.

Tədbir zamanı “ITEC”də iştirak üçün uyğunluq meyarları açıqlanıb və qeyd olunub ki, Azərbaycanın 25-45 yaş arası dövlət məmurları bu proqrama müraciət edə bilərlər. Potensial namizədlərə onlayn müraciəti doldurmağa və müvafiq nazirliklər vasitəsilə çap vərəqisini təqdim etməyə yönəlmiş müraciət prosesi izah edilib. Əlavə məlumat üçün “ITEC”in rəsmi vebsaytına (https://www.itecgoi.in) daxil olmaq və ya Hindistanın Bakıdakı Səfirliyi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Səfirlik qonaqpərvərlik və mədəni mübadilə jesti olaraq bütün iştirakçılar üçün nahar təşkil edib və onlara orijinal hind mətbəxinin ləzzətli təamlarını təqdim edib.
Tədbir “ITEC” proqramının Hindistan və Azərbaycan arasında vacib körpü rolunu oynadığı göstərib. Bu, ölkələrin qarşılıqlı fayda üçün əməkdaşlıq etdikdə nəyə nail ola biləcəyinə sübutdur.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 15-09-2023, 16:02