BMT: "Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı yerli əhalidən şikayət daxil olmayıb"
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın rəhbərliyi və BMT missiyası oktyabrın 1-də Azərbaycanın Qarabağ regionuna səfər edib.
Bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.
Missiyaya həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Əlaqələndirmə Bölməsinin rəhbəri Rameş Rajasingham, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təmsilçiləri, OCHA, Rezident Əlaqələndiricinin Ofisi və BMT-nin Mühafizə və Təhlükəsizlik Departamentindən texniki heyət daxil olub.
Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub. Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib.
2020-ci ildə geri qaytarılan ərazilərin bir hissəsi olan Ağdamdan keçən missiya dağıntıları və ərazilərin minalardan təmizlənməsinə olan ehtiyacı, habelə hökumətin apardığı yenidənqurma işlərini müşahidə edib.
KARUSEL / SİYASƏT
Bu barədə BMT-nin Azərbaycanın Qarabağ regionuna səfəri ilə bağlı yaydığı bəyanatda deyilir.
Missiyaya həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Əlaqələndirmə Bölməsinin rəhbəri Rameş Rajasingham, eləcə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təmsilçiləri, OCHA, Rezident Əlaqələndiricinin Ofisi və BMT-nin Mühafizə və Təhlükəsizlik Departamentindən texniki heyət daxil olub.
Ağdamdan səfər edən missiya üzvləri Xankəndi şəhərində olub. Burada onlar yerli əhali və digər şəxslərlə söhbət edib, eləcə də səhiyyə və təhsil müəssisələrindəki vəziyyətlə yerindəcə tanış olublar. Missiya üzvlərinin Xankəndi şəhərində getdikləri yerlərdə mülki və ictimai infrastruktura, o cümlədən xəstəxana, məktəb, yaşayış binaları, mədəni və dini obyektlərə heç bir ziyan dəyməyib. Missiya həmçinin Azərbaycan hökumətinin şəhərdə səhiyyə və digər məişət xidmətlərinin bərpasına hazırlaşdığını müşahidə edib.
Missiyaya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə yerli əhalidən, nə də digər həmsöhbətlərdən şikayət daxil olmayıb.
Missiya üzvləri kənd təsərrüfatı infrastrukturunun dağıdılmasını və ya yollarda ölmüş heyvanları müşahidə etməyib.
KARUSEL / SİYASƏT
Tarix: 2-10-2023, 21:01