mobil versiya

BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək



BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni ilə görüşündə bildirilib.
Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.

KARUSEL / SİYASƏT
Tarix: 6-10-2023, 17:46