mobil versiya

8-ci „VİSLA” Polşa Film Festivalı keçiriləcək





Tezliklə Bakıda 8-ci Polşa Film Festivalı keçiriləcək.
"Reportyor.az"
xəbər verir ki, bu il Bakı sakinləri üçün Polşa kinematoqrafiyasının əsl inciləri hazırlanıb. Bu əsərlər uzun müddət tamaşaçıların yaddaşında qalacaq və bunun sayəsində onlar polyak kino yaradıcılarının niyə bütün dünyada tanındığını görəcəklər.
İlk təqdim ediləcək film Maçey Kavalskinin “Təhlükəli centlmenlər” filmi olacaq – bu, kriminal və komediyanın yumoristik qarışığı 1914-cü ildə Zakopanedə baş verir. Qanqsterlər, incəsənət xadimləri, siyasətçilər və müəmmalı cəsəd – heç şübhəsiz bu film zalda toplanmış insanları əyləndirəcək. Artıq növbəti gün Azərbaycan tamaşaçıları Yejı Skolimovskinin “İA” filmini, qeyri-adi heyvanın gözü ilə görünən dünya haqqında qeyri-adi hekayəni izləyəcəklər. Bu Avropa səyahəti bizə insanları, onların müsbət və mənfi cəhətlərini, istəklərini, problem və arzularını göstərəcək. Üçüncü gün Yakub Skoçenin “Vəftiz”-ni və 1981-ci ilin dekabr ayında hərbi vəziyyətdə olan Polşanı göstərəcəyik. Gülməli və təsirli anlarla dolu hekayə çətin zamanlarda ümid və barışığı tapmağa çalışan ailə haqqındadır.

Repertuarda həmçinin Lex Mayevskinin „Ecazkar Bricit Bordo” filmi də yer alıb. Film baş qəhrəmanın uşaqlıq dünyası və kino xəyalları haqqında maraqlı hekayədir. Bu film sevgi, həsrət və həmçinin özünüaxtarma haqqındadır. Növbəti seçdiyimiz film Anna Yadovskanın “Damdakı qadın” filmdir. Baş qəhrəman Mirka, banka hücum edir və bundan sonra onun ailəsində bir sıra dramatik hadisələr baş verir. Bu ilki “Visla”-nın çərçivəsində Azərbaycan tamaşaçısına təqdim ediləcək son film rejissor Yan Holoubekin “Günahsız 25 il” olacaq. Bu film real hadisələr əsasında çəkilib və 20 ilə yaxın günahsız yerə həbs edilmiş Tomaş Komendanın təsirli hekayəsini göstərir.
“Visla” Festivalı dünyanın onlarla şəhərində keçirilən polyak kinematoqrafiyasının ən böyük festivalıdır. Festivalın əsas niyyəti mədəniyyətlərarası dialoqu yaratmaq və onu gücləndirmək, eləcə də kino yaradıcıları və xadimləri arasında beynəlxalq əməkdaşlığının inkişafına töhfə verməkdir. Məqsəd yerli tamaşaçıları müasir polyak kinosu ilə tanış etmək, eləcə də polyak kinosunu xarici kino sənayesinin nümayəndələri arasında populyarlaşdırmaqdır.

Filmlər „Azərbaycan” Kinoteatrında Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq çərçivəsində oktyabrın 10, 11, 12, 17, 25 və 31-i saat 19:00-da nümayiş olunacaq. Bu, Polşa kinosunun sirlərini araşdırmaq və onun unikal abu-havasını hiss etmək üçün əla fürsətdir.
Yaxın aylar ərzində növbəti kinosevərlər ziyarət ediləcək – Festival Azərbaycandan Makedoniya, Türkiyə, Rumıniya və Sloveniyaya gedəcək. 
Kinosevərlər üçün internet səhifəsi www.festiwalwisla.pl, eləcə də sosial media hesabları izləməyə dəvət olunur: Facebook profili (Polish Film Festival "Vistula"/ Festiwal "Wisła") və ya İnstaqram (vistula_festival), burada bütün tədbirlər haqqında aktual məlumatı tapmaq olar.


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 9-10-2023, 17:21