mobil versiya

Əlcəzair təmsilçisi: Fransa planetimizdə dərs verə biləcək ən son ölkədir



Fransa hər kəsə insan hüquqları, beynəlxalq hüquq sahəsində dərs vermək istəyir. Lakin Fransa bizim planetimizdə dərs verə biləcək ən son ölkədir. İnsan haqları sahəsində onun dərs verməyə haqqı yoxdur.
Bunu "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Əlcəzairin Ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Youcef Houri deyib.
Fransanın Əlcəzairə qarşı törətdiyi soyqırımı siyasətindən bəhs edən Youcef Houri bildirib: “Fransızlar 1945-ci ilin martında 45 min əlcəzairlini, 1952-ci ildə Konstantin şəhərində 230 nəfəri öldürüblər. 1961-cı ildə Parisdə 300 nəfər əlcəzairli qətlə yetirilib. Soyqırımı uşaqlara, qadınlara, qocalara, bütünlükdə hər kəsə qarşı həyata keçirilirdi. Fransa bütün qadağan olunmuş silahlardan istifadə edərək Əlcəzair xalqını qətlə yetirirdi”.(azərtac)

KARUSEL / SİYASƏT
Tarix: 20-10-2023, 17:07