İranlı nazirdən növbəti ermənipərəst açıqlama - “Ermənistan İran üçün çox vacibdir”
“Biz dəfələrlə Zəngəzur dəhlizi ilə razı olmadığımızı bildirmişik, Azərbaycanın müxtəlif rəsmiləri ilə görüşlərdə də bunun əleyhinə olduğumuzu demişik”.
“AzPolitika.info” xəbər veri ki, bu ermənipərəst açıqlamanı İrəvanda jurnalistlərlə söhbətində İranın yollar və şəhərsalma naziri Mehrdad Bəzrpaş verib.
“Bizim siyasətimiz Qafqazda sülhə əsaslanır. İnanırıq ki, region ölkələri özləri üçün ən yaxşı qərarları verə biləcəklər. İran həmişə Ermənistanın ərazi bütövlüyünü dəstəkləyib və gələcəkdə də dəstəkləyəcək. İki ölkə arasında yaradılan infrastrukturlar qonşu dövlətlər arasında sabit sülhün bərqərar olmasına yönəlib” - deyə, o, qeyd edib.
Bəzrpaş xatırladıb ki, bu yaxınlarda Azərbaycandan İran ərazisindən Naxçıvana qədər uzanan Araz dəhlizi ilə bağlı Azərbaycanla razılıq əldə olunub.
Onun sözlərinə görə, Ermənistan İran üçün çox vacibdir və o, Şimal-Cənub dəhlizində əsas rol oynaya bilər.
KARUSEL / SİYASƏT
Tarix: 23-10-2023, 17:54