“Şahbulaq” qalası ətrafında müasir turizm infrastrukturu yaradılacaq
Biz, ilk növbədə, maddi-tarixi abidələrin, ekologiyamızın bərpa olunması istiqamətində çalışırıq.
Bunu Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev "İşğaldan azad olunan ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın və rəqabətliliyin təmin edilməsi” mövzusunda keçirilən tədbirdə söyləyib.
Milli Xalça Muzeyinin Şuşa filialının binasının bərpa olunduğunu bildirən R.Hacıyev deyib: “Bundan əlavə, “Şahbulaq” qalası bizim maliyyə dəstəyimiz hesabına bərpa olunur, qalanın ətrafında müasir turizm infrastrukturu yaradılacaq. Orada, həmçinin arxeoloji qazıntılar aparılır. Biz çalışırıq ki, işlər zamanı tarixi abidələrə zərər dəyməsin. Bu, irimiqyaslı bir layihədir. Həmçinin Ağdamda olan Pənahəli xanın İmarət kompleksi layihəsinə də start verilib”.
KARUSEL / CƏMİYYƏT
Tarix: 25-10-2023, 17:32