mobil versiya

Türkiyə hökumətinin bu gün iclası olacaq



Bu gün Türkiyə Cümhuriyyətinin ikinci əsrinin ilk hökumət toplantısı keçiriləcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə baş tutacaq iclasda ölkədaxili və regional məsələlər, o cümlədən davam edən İsrail-Fələstin qarşıdurması, İsraillə vəziyyətin nizamlanması məsələsində Türkiyənin Fələstin üçün qarant-ölkə kimi çıxış etməsi təklifi, bölgədə baş verən son hadisələr müzakirə olunacaq.
Toplantının gündəmində ölkə iqtisadiyyatı, türkiyəli evdar xanımlara pensiya təsisi, faizsiz evlilik kreditləri kimi məsələlər də yer alacaq.


KARUSEL / DÜNYA
Tarix: 31-10-2023, 09:12