“Etirazçıları alnından güllələyin!” – Kadırov güc strukturlarına göstəriş verdi
Dağıstanda baş verən məlum antisemitizm iğtişaşlarının Rusiyanın digər regionlarına da keçməsi ehtimalı yüksək olaraq qalır. Buna görə də xüsusilə Şimali Qafqaz respublikalarının rəhbərləri önləyici tədbirlər görmək məcburiyyətindədirlər.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov respublikanın güc strukturlarına Çeçenistanda Dağıstandakına bənzər iğtişaşlarda iştirak edənləri “alnından atmağa” dair göstəriş verib. O, deyib ki, belə aksiyaları təşkil edənləri dərhal həbs etmək lazımdır. Ancaq “başqa variant” da var: “Havaya üç xəbərdarlıq atəşi açın, bundan sonra adam qanunun tələbini yerinə yetirmirsə, dördüncü gülləni alnından vurun. Bundan sonra (etiraz yürüşünə) çıxmayacaqlar. Bu, mənim əmrimdir”.
Bəli, xüsusilə də Ukraynaya qarşı işğalçılıq ərəfəsində başlanmış və bu gün də davam edən Kremlin nifrət, milli ayrıseçkilik, zorakılıq, işğalçılıq ritorikasının, təbliğatının Rusiya cəmiyyətində yaratdığı eybəcər reallıqların daha bir təzahürü – antisemitizm iğtişaşları və etirazçıları alnından güllələmək əmri...
KARUSEL / DÜNYA
Tarix: 31-10-2023, 13:40