Fidan-Blinken görüşündə ay-ulduzlu Əl-Əqsa məscidi fiquru – Türkiyə ABŞ-a bu mesajı verdi
Məlum olduğu kimi, ABŞ dövlət katibi Entoni Blinken hazırda Türkiyədə rəsmi səfərdərir.
“AzPolitika.info” xəbər verir ki, sözügedən səfər çərçivəsində Blinken Ankarada Türkiyənin xarici işlər naziri Hakan Fidanla görşüb. Üç saatdan artıq davam edən görüşdə tərəflər Qəzza zolağında sabit sülhün təmin edilməsi, əhaliyə humanitar yardımın göstərilməsi, həmçinin Qəzza zolağında münaqişənin yayılmasının qarşısının alınması istiqamətində müzakirələr aparıb.
Qeyd edək ki, Blinkenin Ankara səfəri olduqca gərgin əhval-ruhiyyədə keçib. Türkiyənin belə bir mövqe sərgiləməsi ABŞ-ın İsrail-Fələstin müharibəsinə yanaşması ilə əlaqələndirilib. İlk öncə Blinkenin qarşılanma mərasimi qaranlıq bir mühitdə baş tutub, dövlət katibini qarşılamağa aşağı səviyyəli dövlət rəsmiləri gəlib. Blinkeni qarşılayanlar arasında ən yüksək səviyyəli şəxslər - ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk və Ankara valisinin müavini Namık Kemal Nazlı olub. Ardınca Blinken-Fidan görüşündə maraqlı bir hadisə yaşanıb. H. Fidanı qucaqlamaq istəyən Blinkenin bu istəyi qarşılıqsız qalıb və tərəflər yalnız əl sıxışaraq görüşüblər.
KARUSEL / DÜNYA

Tarix: 6-11-2023, 19:26