Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanın nəticələri bəlli olub
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə noyabrın 12-də keçirilmiş imtahanın nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, imtahanda 247 nəfər iştirak edib. İmtahanın nəticələrinə əsasən, BB1 altqrupu üzrə 56, BB2 altqrupu üzrə 71, BB3 altqrupu üzrə 53, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 216 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.
İmtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər noyabrın 14-ü saat 10:00-dan noyabrın 16-sı saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
KARUSEL / CƏMİYYƏT
Tarix: 13-11-2023, 14:42