mobil versiya

Bakıda iki günlük “Avropada təhsil 2023” sərgisi keçiriləcək



Avropa İttifaqının təşkilatçılığı ilə 18-19 noyabrda Bakıda “Avropada təhsil 2023” sərgisi keçiriləcək. 
Sərgidə Almaniya, Belçika, Fransa, İspaniya, Latviya, Malta, Polşa və Yunanıstandan Avropa universitetlərinin nümayəndələri iştirak edəcək.
İştirakçılar onlarla birbaşa görüşə və Avropada təhsillə bağlı bütün suallara cavab ala biləcək. Eyni zamanda, Avropa İttifaqının “Erasmus+” proqramı ilə yaxından tanış olmaq mümkün olacaq.
Sərgi 18 noyabr, 10:00-18:00, 19 noyabr, 11:00-17:00-da “Hilton” otelində keçiriləcək. 
Qeydiyyat mütləqdir.
Link üçün bioya keçid edin və ya https://studyineu.az veb səhifəsinə daxil olun.


KARUSEL / CƏMİYYƏT
Tarix: 17-11-2023, 09:45