mobil versiya

Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib - XİN



30 illik işğal dövründə yalnız Azərbaycan əraziləri işğal edilməyib, bu ərazilərə silah da daşınıb.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və hərbi attaşelər üçün təşkil olunan brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
"Bu ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan bununla bağlı beynəlxalq tərəfdaşlara çağırış etsə də biz bununla bağlı reaksiya görmədik”, - deyə o bildirib.
O qeyd edib ki, ərazilərimizin minalanması ilə bağlı beynəlxalq ictimaiyyətə Azərbaycanın narahatlığı çatdırılıb. Təəssüf ki, bu çağırışlara heç kim cavab verməyib.

KARUSEL / GÜNDƏM
Tarix: 20-11-2023, 16:46