Çin dünyada ilk 4-cü nəsil atom elektrik stansiyasını işə salıb
Çin dünyada ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsinin yaydığı məlumata görə, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Shidaowan” qurğusu Şərqi Şandun əyalətində yerləşir. Qeyd olunduğu kimi, AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.
"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan bəyanatda vurğulanır.
Qazla soyudulan reaktorun ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivləri var.
KARUSEL / DÜNYA
Tarix: 6-12-2023, 08:28