Pakistanın sabiq Baş naziri İmran Xan həbsxanadan buraxılıb
Pakistan Ali Məhkəməsi dövlət sirləri haqqında qanunu pozmaq ittihamı ilə həbs olunan sabiq Baş nazir İmran Xanı və sabiq xarici işlər naziri Şah Mahmud Qureşini girov müqabilində azadlığa buraxıb.
“Dawn” qəzeti xəbər verir ki, hüquqşünasların sözlərinə görə, günahları sübut olunacağı təqdirdə İmran Xan və Şah Mahmud Qureşini 14 ilədək həbs və ya ölüm cəzası gözləyir. Özlərini təqsirli bilməyən müttəhimlər isə bunu siyasi sifariş hesab edirlər.
Qeyd edək ki, İmran Xana qarşı təhqiqat onun 2022-ci il martın 27-də Pakistanın Vaşinqtondakı səfirindən şifrəli teleqram aldığını elan etməsindən sonra başlayib. Sabiq Baş nazirin sözlərinə görə, ABŞ nümayəndələri diplomatik missiyanın rəhbəri ilə söhbətində 2022-ci ilin fevralında Moskvaya səfəri zamanı nümayiş etdirdiyi Rusiya yönümlü mövqeyinə görə hökumət başçısının hakimiyyətdən uzaqlaşdırılmasını tövsiyə edib.
İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan kənarlaşdırılıb. Bu vəzifədə İmran Xanı əvəzləyən Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Birləşmiş Ştatların ölkədə hakimiyyət dəyişikliyinə heç bir təsir göstərmədiyini deyib.(azərtac)
KARUSEL / DÜNYA

Tarix: 22-12-2023, 15:47