Yəmən sahillərində gəmi hücuma məruz qalıb
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımaları üzrə Koordinasiya Mərkəzi (UKMTO) Yəmən yaxınlığında gəminin hücuma məruz qaldığını bildirib.
Bu barədə UKMTO "X" sosial şəbəkəsində yazıb.
"Yəmənin Hudeyda limanından 57 dəniz mili qərbdə insident barədə məlumat alınıb", - paylaşımda qeyd edilib.
Gəmiyə cüzi ziyan dəydiyi bildirilir.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 6-02-2024, 11:22