mobil versiya

Facebookda problemin səbəbi açıqlandı –Kabellər qırılıb, təmir 8 həftə çəkəcək



Facebook, İnstagram sosial şəbəkələrində problemin səbəbi məlum olub.
Yəmənin husi qruplaşmasının Qırmızı dənizdə kabelləri zədələməsi qlobal şəbəkədə “dayanma” yaradıb.  Bu barədə Honqkonq provayder şirkəti olan “HGC Global Communications Limited” məlumat yayıb.
Şirkət bildirib ki, hücumun fəsadları artıq aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.
Qırmızı dənizdən keçən kabellər bütün qlobal trafikin 25%-ni təşkil edir.
Xatırladaq ki, Yəmənin husi üsyançıları Qırmızı dənizin altından keçən və qlobal internet və telekommunikasiyanı dəstəkləyən üç kabeli kəsiblər.
Bu barədə “Associated Press” yazıb.
“Bunun tam olaraq necə baş verdiyi bəlli deyil. O məlumdur ki, husilər İsraili Qəzza zolağında HƏMAS-la müharibəni dayandırmağa məcbur etmək üçün Ədən körfəzindəki ticarət gəmilərinə və konteyner gəmilərinə raket zərbələri endirməyə davam edir”, – məlumatda deyilir.
KARUSEL / GÜNDƏM
Tarix: 5-03-2024, 22:23