mobil versiya

“Krokus”da törədilən terror nəticəsində ölənlərin sayı artıb



“Krokus”da törədilən terror aktında ölənlərin sayı 144-ə çatıb, 97 nəfər xəstəxanalardadır.
Bu barədə “Baza” məlumat yayıb.
Məlumata görə, martın 25-nə keçən gecə daha 17 cəsəd aşkarlanıb.
İstintaq Komitəsinin martın 24-də verdiyi məlumata görə, “Krokus”da törədilən terror aktı nəticəsində 137 nəfər həlak olub. Həmin vaxt 62 cəsədin şəxsiyyətinin müəyyən edildiyi məlum idi.
Həmçinin hadisə yerində hücum edənlərin silahlandığı dörd dəst hərbi sursat, 500-dən çox patron, 28 magazin və iki pulemyot ələ keçirilib.

KARUSEL / DÜNYA
Tarix: 25-03-2024, 15:14