İstintaq Komitəsi: "Crocus"a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsi olub
Rusiya İstintaq Komitəsi "Crocus City Hall"a hücum edən terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini müəyyən edib.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, istintaq terrorçuların cinayətə hazırlığının məqamları haqqında artıq mühüm məlumatlar əldə edib.
Qeyd olunub ki, əldə olunan məlumatlar terrorçuların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər.
Xatırladaq ki, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a terror hücumu olub. Müslüm Maqomayev adına konsert salonuna əli silahlı dörd nəfər daxil olaraq avtomat silahla insanlara atəş açıblar və yanğın törədiblər. Nəticədə 140-dan çox insan həlak olub.
Rusiya hüquq-mühafizə orqanları terroru törətməkdə şübhəli bilinən şəxsləri, Ukrayna ilə sərhəddə, Bryansk vilayətində saxlayıb. Məlum olub ki, həmin şəxslər Tacikistan Respublikasının vətəndaşlarıdır. Məhkəmə terror cinayəti maddəsi ilə açılan iş çərçivəsində onlar və daha sonra istintaqa cəlb olunan 7 nəfər barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçib.(apa)
KARUSEL / DÜNYA
Tarix: 8-04-2024, 16:55