Sumqayıtda "Ekoloji təhlükəsizlik və yaşıl dünya" adlı işgüzar konfrans keçiriləcək
Baş Prokurorluq tərəfindən Sumqayıtda "Ekoloji təhlükəsizlik və yaşıl dünya" adlı işgüzar konfrans keçiriləcək.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aprelin 16-da Baş Prokurorluq tərəfindən Sumqayıtda ətraf region prokurorluqları və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə konfrans təşkil ediləcək.
Tədbir zamanı, həmçinin, dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media arasında müzakirələr aparılacaq.
Toplantı çərçivəsində, Sumqayıt şəhər prokurorluğunda “Açıq qapı” günü təşkil ediləcək.
Xatırladaq ki, Baş Prokurorluq tərəfindən 10-dan çox regional konfranslar təşkil edilib.
KARUSEL / ÖLKƏ
Tarix: 15-04-2024, 09:25