Sahibə Qafarova Sinqapurun Davamlılıq və ətraf mühit naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşüb.
Bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Söhbət zamanı ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirilərək, iki ölkə arasında mövcud imkanların münasibətlərimizin daha da dərinləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Söhbət zamanı bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında geniş fikir mübadiləsi aparılıb. Spiker Sahibə Qafarova Bakının evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
KARUSEL / SİYASƏT
Tarix: 15-05-2024, 15:28