mobil versiya

Bakı-Ağstafa qatarına Tovuzda dayanacaq verilməsi bərpa olunub



Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) xəbər yayıb.
Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.
Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, "ADY Mobile" (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

KARUSEL / İQTİSADİYYAT
Tarix: 10-06-2024, 16:30