mobil versiya

Pakistanlı general Türkiyənin milli müdafiə naziri ilə görüşüb



Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzənin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Pakistanlı general Türkiyə Silahlı Qüvvələrinin “Fəxri xidmət medalı” ilə təltif edilib. Bu məqsədlə rəsmi mərasim keçirilib.
Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürakın dəvəti əsasında baş tutan səfər çərçivəsində general Sahir Şamşad Mirzə Türkiyənin milli müdafiə naziri Yaşar Güler və Türkiyə Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, donanma admiralı Ercüment Tatlıoğlu ilə görüşüb, qardaş ölkənin hərbi qüvvələrinə məxsus qurumlarda olub.
Sonra 2014-cü ildə Pakistanın Xayber Paxtunxva əyalətinin Peşəvar şəhərində yerləşən hərbi məktəbdə törədilən terror aktının qurbanlarının xatirəsinə ucaldılan abidə ziyarət edilib.
Səfər çərçivəsində iki ölkə arasında müdafiə sahəsi, eləcə də terrorla mübarizə üzrə əməkdaşlıq sahələri müzakirə olunub.


KARUSEL / DÜNYA
Tarix: 12-06-2024, 14:15