mobil versiya

İşğaldan azad edilmiş rayonlarda təşkil olunan kəsim məntəqələrində səyyar laboratoriyalar fəaliyyət göstərəcək



İyunun 16-sı və 17-si tarixlərini əhatə edən Qurban bayramı günlərində bir sıra regionlarda Azərbaycan Repsublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla, səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı və Ağdərə rayonunun Talış kəndində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli, Laçın rayonlarında quraşdırılan çadırtipli kəsim məntəqələrində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun səyyar laboratoriyaları fəaliyyət göstərəcək. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar-həkimlər fəaliyyət göstərməsi nəzərdə tutulur. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda operativ formada müayinə ediləcək.
Qeyd edək ki, bu il ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib.

KARUSEL / ÖLKƏ
Tarix: 14-06-2024, 16:51