mobil versiya

“Putin işğal qərarını ona görə verdi ki...” - Tramp açıqladı


Donald Tramp növbəti dəfə iddia edib ki, prezident seçkilərində qalib gəlsə, hələ vəzifəsinin icrasına başlamazdan əvvəl Ukraynadakı müharibəyə son qoyacaq.

“IMPAULSIVE” kanalına müsahibəsində Tramp bir daha bəyan edib ki, hakimiyyətdə olsaydı, genişmiqyaslı müharibə olmazdı.

Eyni zamanda, sabiq prezident hesab edir ki, Putin Ukraynaya qarşı genişmiqyaslı hücum qərarını ABŞ öz qoşunlarını Əfqanıstandan çıxaranda verib: "Bu, sadəcə biyabırçılıqdır. Bu qədər insan öldü".

Tramp iddia edir ki, o, həm Ukrayna Prezidenti Volodimir Zelenski, həm də Putinlə çox yaxşı anlaşıb, hətta ikincisi ilə münasibətlərində “sərt” olub.

Tramp keçmiş UFC çempionu Həbib Nurməhəmmədovla son söhbətindən də danışıb: "Həbib döyüşdən sonra yanıma gəldi və dedi ki, müharibələri dayandırmalıyıq. O, çox ağıllıdır, hər şeyi başa düşür. Məncə, Putinlə dostdur. Düşünürəm ki, seçkilərdən sonra bu müharibəni dərhal dayandıracağam”.

Ancaq xarici KİV-lər yazır ki, söhbət zamanı Nurməhəmmədov Trampdan Ukrayna yox, Fələstin müharibəsini dayandırmasını xahiş edib...(AzPolitika.info)

KARUSEL / DÜNYA
Tarix: 14-06-2024, 17:49