mobil versiya

Gürcüstanda qırıcı qəzaya düşüb



Gürcüstanın Müdafiə Nazirliyi ölkənin şərqində baş vermiş aviaqəza ilə bağlı məlumat yayıb.
“Sputnik Georgia” xəbər verir ki, qurumdan Silahlı Qüvvələrə məxsus “Su-25” qırıcısının qəzaya uğradığı açıqlanıb.
Bildirilib ki, nəticədə hərbi pilot Kaxaber Zurabişvili həlak olub.
Nazirliyin rəsmi açıqlamasında hazırda ərazidə hadisənin səbəblərinin araşdırılması üzrə müvafiq işlərin həyata keçirildiyi də qeyd olunub.(apa)
KARUSEL / DÜNYA
Tarix: 2-07-2024, 15:49