mobil versiya

APL-nın 2024/2025 mövsümünün püşkü atılacaq



Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünün püşkatma mərasimi keçiriləcək.
Tədbir saat 15:00-da başlayacaq.
33-cü dəfə təşkil olunacaq yarışın mükafatları uğrunda 10 komanda - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Səbail”, “Araz-Naxçıvan”, “Kəpəz” və “Şamaxı” mübarizə aparacaq.
Azərbaycan Premyer Liqasında mövsümə avqustun 2-də start veriləcək.

KARUSEL / İDMAN
Tarix: 16-07-2024, 10:29