Şimali Koreyadan atılan zibil dolu hava şarı prezidentin ofisinin üstünə düşüb
KXDR tərəfindən göndərilən zibillə hava şarlarından biri Cənubi Koreya prezidentinin ofisinin ərazisinə düşüb.
Bu barədə Yonhap prezidentin təhlükəsizlik xidmətinə istinadən xəbər verir.
“Kimyəvi, bioloji və radioloji müdaxilə qrupu tərəfindən aparılan araşdırma əşyaların təhlükə yaratmadığını müəyyən edib”, – deyə xidmət bildirib.
“Biz Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri ilə əməkdaşlıq çərçivəsində monitorinqi davam etdiririk”, – deyə məlumatda əlavə edilib.
Bazar günü Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Pxenyanın yenidən cənuba doğru zibil balonları atdığını bildirib.
May ayının sonundan bəri Şimali Koreya ölkədən qaçanların və cənubdakı fəalların Cənubi Koreya ərazisindən qonşu ölkəyə atdığı vərəqələrə etiraz olaraq 3000-dən çox zibil dolu hava şarlarını Cənubi Koreyaya göndərib.
KARUSEL / DÜNYA
Tarix: 24-07-2024, 09:06