mobil versiya

Bayraq Meydanında təmirdən sonra ilk dəfə Azərbaycan Bayrağı qaldırılıb



Bayraq Meydanı yenidən quruluduqdan sonra ilk dəfə Azərbaycan Bayrağı qaldırılıb.
Bunun bağlı sosial şəbəkədə foto paylaışılıb.
Qeyd edək ki, 2018-ci ildən bəri ərazidə təmir-bərpa işləri aparılır.
ABŞ-ın “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını Azərbaycanın “Azenko” şirkəti yerinə yetirdi. Ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetr olan meydanın ərazisi 20000 kv.m-dir.
Burada ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metr, qurğunun ümumi kütləsi 220 ton idi. Bayrağın kütləsi isə təqribən 350 kiloqram təşkil edirdi.
Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etdi.

2009-cu ilin bu günü Dövlət Bayrağı Meydanının açılış mərasimi keçirildi. Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam Prezident İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanıb. Qeyd edək ki, Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərəncama əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Təməli isə 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində – Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

KARUSEL / ÖLKƏ
Tarix: 2-08-2024, 17:05